`Türkiyə belə davam etsə, yeni müharibə başlayacaq`


02:29     04 Mart 2017 pyd.jpg

PYD səlahiyyətlisi Əbdülkərim Saruxan əl-Babdan sonrakı hədəfin Mənbic olduğunu bildirən Türkiyənin belə davam edəcəyi halda yeni bir müharibə başlaya biləcəyinə dair xəbərdarlıq edib.


Əbdülkərim Saruxan Türkiyənin şimali Suriyada elan edilən demokratik modeldən qorxduğunu və Suriya torpaqlarını "Fərat Qalxanı" əməliyyatı ilə işğal etdiyini deyib.

Saruxan Türkiyənin Mənbicə hücum edəcəyi halda qarşılıq veriləcəyini bildirərək, "Əgər Türkiyə belə davam edərsə, Suriyanın şimalında yeni bir müharibə başlayacaq", - deyə vurğulayıb. Qeyd edək ki, Prezident Ərdoğan "Fərat Qalxanı"nda əl-Badan sonrakı hədəfin Mənbic olduğunu bildirmişdi.

Son olaraq isə xarici işlər naziri Mövlud Çavuşoğlu "YPG çəkilməsə Mənbici vuracağıq", - demişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 1144